Prokurorluğun 8 əməkdaşı cəzalandırılıb

prokurorlugun-8-emekdasi-cezalandirilib
Oxunma sayı: 2041

Yanvarın 22-də Bakı şəhər prokurorluğunda əməliyyat müşavirəsi keçirilib.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, paytaxt prokuroru İlqar Abbasov hesabatla çıxış edərək bildirib ki, 2019-cu ildə əldə edilmiş müsbət nəticələrlə yanaşı nöqsanlar da qeydə alınıb:

“Bununla yanaşı, qəsdən adam öldürmə, quldurluq və yol nəqliyyat hadisələrindən bağlı qalan cinayət faktlarının, eləcə də bağlı oğurluq hadisələrinin tezliklə açılması və təqsirkar şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb edilməsi, habelə axtarışda olan, xəbərsiz itkin düşmüş şəxslərin tapılması istiqamətində intensiv istintaq və əməliyyat-axtarış tədbirlərinin aparılmasının, istintaq işi və ibtidai araşdırmaya prosessual rəhbərliyin həyata keçirilməsi zamanı yol verilmiş nöqsanların aradan qaldırılmasının zəruriliyi vurğulanıb. Eyni zamanda, istintaq və təhqiqat fəaliyyətində aşkar edilmiş nöqsanlar, qanun pozuntuları, süründürməçilik halları ətraflı təhlil edilməklə gələcəkdə təkrarlanmaması ilə bağlı konkret tapşırıqlar verilib. Hesabat dövründə xidməti, icra və əmək intizamının daha da möhkəmləndirilməsi, fəaliyyətlərində qanunsuzluq hallarına və prokurorluq işçisinə yaraşmayan hərəkətlərə yol verən işçilərə münasibətdə tələbkarlıq artırılıb. Ötən il Baş prokurorun müvafiq əmrləri ilə şəhər prokurorluq orqanlarının 8 əməkdaşı intizam məsuliyyətinə cəlb olunub, onlardan 3 nəfərə şiddətli töhmət, 5 nəfərə isə töhmət elan olunub".