Prokurorluq Ağdamdakı mina partlayışı ilə bağlı məlumat yaydı

prokurorluq-agdamdaki-mina-partlayisi-ile-bagli-melumat-yaydi
Oxunma sayı: 1011

Prokurorluq Ağdamdakı mina partlayışı ilə bağlı məlumat yayıb.

Rayon prokurorluğundan "Qafqazinfo"ya daxil olan məlumatda deyilir:

"21 sentyabr 2021-ci il tarixdə saat 01 radələrində Ağdam rayonunun Qərvənd kəndi ərazisində təmir işləri aparan zaman “Körpü-Bina-Tikinti” MMC-yə məxsus ekskovator yükləyici traktor ilə sürücü 1972-ci il təvəllüdlü Zəfər Ağayev tank əleyhinə minaya düşməsi nəticəsində müxtəlif dərəcəli bədən xəsarəti alıb.

Prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, məhkəmə-tibb ekspertizası təyin edilib, digər prosessual hərəkətlər yerinə yetirilib.

Faktla bağlı Ağdam Rayon Prokurorluğunda araşdırma aparılır".