Prokurorluq Anar Məmmədli ilə bağlı təqdimat verib

prokurorluq-anar-memmedli-ile-bagli-teqdimat-verib
Oxunma sayı: 1084


 “Media forum” saytı xəbər verir ki, Baş Prokurorluq Anar Məmmədli barəsində seçilmiş həbs qətimkan tədbirinin müddətinin uzadılması üçün Nəsimi Rayon Məhkəməsinə təqdimat verib. Təqdimata martın 6-da baxılacaq.

Anar Məmmədli ötən il dekabrın 16-da həbs olunub, qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmaqda, vergidən yayınmada, vəzifə səlahiyyətlərindən sui-istifadədə təqsirli bilinir.

Bir sıra yerli və beynəlxalq təşkilatlar Anar Məmmədlinin günahsız olduğunu vurğulayır və onun dərhal azad edilməsini istəyirlər.