Prokurorluq əməkdaşları üçün tikilmiş binada problemlər aradan qaldırılır

prokurorluq-emekdaslari-ucun-tikilmis-binada-problemler-aradan-qaldirilir
Oxunma sayı: 2708

Xətai rayonu Ceyhun Həsənov, 81 ünvanında yerləşən və prokurorluq əməkdaşları üçün tikilmiş çoxmərtəbəli binadakı problemlər aradan qaldırılır.

Bu barədə “Qafqazinfo”ya binanın tikintisinin sifarişçisi olan "Qayğı" Mənzil Tikinti Kooperativinin sədri Mircavan Kazımov məlumat verib. 

O bildirib ki, bina rəhbərlik etdiyi MTK-nın sifarişi əsasında “İnterservesstroy” MMC tərəfindən inşa edilib: 

“Mən  MTK-ya kooperativ üzvülərin ümumi yığıcagının qərarı ilə 2021- ci ildə sədr secilmişəm. Binada olan kanalizasiya borusunun zədələnməsi nəticəsində zirzəmiyə müəyyən miqdarda su dolmuşdu, qısa müddətdə boru bərpa edilib və zirzəmi qurudulub. Bundan başqa binada 2 pəncərə sakin tərəfindən yenisi ilə əvəz edilməsi üçün sökülüb. Pəncərələrin onun özü tərəfindən bəpa edilməsi təmin ediləcək”.