Prokurorluq həbsi təkzib etdi

prokurorluq-hebsi-tekzib-etdi
Oxunma sayı: 1321


Qurumun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov APA-ya açıqlamasında bildirib ki, “Kapital Bank”ın Abşeron filialının rəhbəri Elvin Rüstəmovun Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi tərəfindən həbs edilməsi ilə bağlı bəzi KİV-də yayılan məlumatlar həqiqəti əks etdirmir.

 Qeyd edək ki, bu gün bəzi KİV-də “Kapital Bank” Abşeron filialında yoxlamaların aparıldığı və filialın rəhbəri Elvin Rüstəmovun Korrupsiyaya Qarşı Mübarizə İdarəsi tərəfindən həbs edilməsi barədə məlumatlar yayılıb.