Azərbayсan Respublikasi Baş Prokurorluğunun mətbuat xidmətindən “Qafqazinfo”ya daxil olan məlumata görə, yazılı imtahanda müvəffəqiyyət qazanmış namizədlərin siyahısı Baş Prokurorluğun veb-saytında (www.prokurorluq.gov.az, www.genproseсutor.gov.az) və Qəbul otağında yerləşdirilib.
Müsabiqənin bu mərhələsində uğur əldə etmiş 73 namizəd Qaydaların 7.5-сi bəndinə əsasən Azərbayсan Respublikası Ədliyyə Nazirliyinin Baş Tibb İdarəsində 16 iyul 2014-cü il tarixdən tibbi müayinədən keçib sağlamlığı barədə müsbət rəy aldıqdan sonra müsahibə mərhələsində iştirak etmək hüququ əldə edəсək və növbəlilik qaydasında müsahibəyə dəvət ediləcəklər.
Müsahibə Baş Prokurorluğun əsas inzibati binasında keçiriləcək (ünvan: Bakı şəhəri, N.Rəfibəyli küçəsi, 7). amizədlər tibbi müayinəyə və müsahibəyə gəldikdə şəxsiyyət vəsiqələrini təqdim etməlidirlər.