Prokurorluq orqanlarında işləmək istəyənlərin nəzərinə

prokurorluq-orqanlarinda-islemek-isteyenlerin-nezerine
Oxunma sayı: 1248


İşə qəbulla bağlı ərizə qəbulu 2013-cü il sentyabrın 2-dən dekabrın 31-dək Аzərbаycаn Rеspublikаsı Prоkurоrluğu tərəfindən aparılıb və 100 ştat vahidi üzrə müsabiqədə iştirak etmək istəyən 373 nəfərin namizədliyi qeydə alınıb.

İmtahan saat 10:00-da Azərbaycan Texniki Universitetinin İdman Sarayında (ünvan: Bakı şəhəri, Ayna Sultanova küçəsi, 5) başlanır.

İmtahanın keçirilməsi qaydaları namizədlərə «Yaddaş kitabçası»nda təqdim olunub.

Namizədlər 28-30 yanvar 2014-cü il tarixlərdə saat 09.15-dən 18.00-dək şəxsiyyət vəsiqəsini və sənədlərin qəbulu barədə qəbzi təqdim etməklə, «Yaddaş kitabçası»nı və «Test imtahanına buraxılış vərəqəsi»ni Baş Prokurorluğun əsas inzibati binasının qəbul otağında (Bakı şəhəri N.Rəfibəyli küçəsi,7) ala bilərlər.