Prokurorluqda müsabiqə yolu ilə işə götürülmüş 85 qadın çalışır

prokurorluqda-musabiqe-yolu-ile-ise-goturulmus-85-qadin-calisir
Oxunma sayı: 4826

Prokurorluq orqanlarında test üsulu ilə işə götürülmüş 85 qadın əməkdaş çalışır.

"Qafqazinfo" xəbər verir ki, bunu baş prokuror Kamran Əliyev prokurorluq orqanlarına qulluğa yeni qəbul olunmuş gənclərin andiçmə mərasimində deyib. Baş prokuror bildirib ki, test üsulu ilə qəbul olunmuş şəxslərin 8,7 faizini qadınlar təşkil edir. Hazırda rəhbər vəzifədə işləyən 9 qadın işçi çalışır, onlardan 1-i idarə rəisidir.

Qeyd edək ki, prokurorluq orqanlarında ümumilikdə 99 qadın əməkdaş işləyir ki. Son 20 ildə isə prokurorluq orqanlarına müsabiqə yolu ilə ümumilikdə 1151 nəfər işə qəbul edilib.