Prokurorluqdan rektor qızının döyülməsi haqda - - Açıqlama

prokurorluqdan-rektor-qizinin-doyulmesi-haqda-
Oxunma sayı: 9719


“Qafqazinfo” xəbər verir ki, qurumun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov Modern.az-a açıqlamasında deyib: “Hadisə ilə bağlı Cinayət Məcəlləsinin 222.2.1-ci maddəsi ilə cinayət işi başlanıb və istintaq aparılır. Martın 14-də hadisəni törətməkdə şübhəli bilinən şəxsə həmin maddə ilə nəzərdə tutulan ittiham elan edilib”.

Eldar Sultanovun sözlərinə görə, rektorun qızının döyülməsində təqsirkar bilinən hər iki şəxs barəsində martın 14-də Bakı Şəhər Prokurorluğu tərəfindən həbs qətimkan tədbiri seçilməsi üçün Xətai Rayon Məhkəməsinə təqdimat verilib: “Lakin Xətai Rayon Məhkəməsinin hakimi Raziyə Ataşovanın çıxardığı qərara əsasən iki şəxs - Zaur və Elin Məmmədov qardaşları məhkəmə zalından azad ediliblər”. 

Prokurorluq rəsmisi bildirib ki, Xətai Rayon Məhkəməsinin həmin qərarından Bakı Şəhər Prokurorluğu apelyasiya protesti verib: “Həmin protestə bu gün Bakı Apelyasiya Məhkəməsində baxılacaq”.