Vəkilin sabiq millət vəkilinin həbsinin yüngül tədbirlə əvəz olunması ilə bağlı qaldırdığı vəsatət təmin olunmayıb. Növbəti vəsatət G. Əhmədovanın şüşə kabinədən çıxarılaraq vəkillərlə yanaşı əyləşdirilməsi ilə bağlı idi. Vəkillər dedilər ki, müdafiə tərəfi ilə təqsirləndirilən şəxs arasında əlaqə qurmaq çətindir.
Sonra G. Əhmədova vəsatətlə bağlı çıxış edib.
O bildirib ki, 1 ildir ki, Bakı İstintaq Təcridxanasında saxlanılır:” 178-ci maddə ilə orda saxlanılan başqa məhbus qadınlar var. Mən yeganə adamam ki məhkəmədə şüşə kabinedə saxlanılıram. Bütün qadınlar vəkillərinin yanında əyləşir. Mən qatil, terrorist deyiləm. Mənə qarşı ayrı-seçkilik edilir. Birdəfəlik desinlər ki, məndən xoşları gəlmir”.
Hakim bu vəsatəti təmin etməyib. Daha sonra qaldırılan vəsatət məhkəmə prosesində video audio çəkilişlərə icazə verilməsi ilə bağlı idi.
G. Əhmədova bildirib ki, məhkəmə prosesinin başdan ayağa çəkilməsini icazə verilməsini istəyir: “Əminəm ki bu proses prezidentin nəzarətindədir. Ona görə də istəyirəm ki prosesdə video, audio çəkiliş təmin olunsun. Çünki bu gün iqtidara qəzəbi olan şəxslər qəzəblərini məndən çıxırlar”
Proses aprelin 16-na təxirə salınıb.
Son xəbərlər
Son Xəbərlər