“Prosesin sülh yolu ilə getməsi üçün əlimizdən gələni edəcəyik” - Putin

prosesin-sulh-yolu-ile-getmesi-ucun-elimizden-geleni-edeceyik
Oxunma sayı: 2274

Xəbər verdiyimiz kimi, Moskvada Azərbaycan və Rusiya Prezidentləri İlham Əliyevlə Vladimir Putin arasında təkbətək görüş başlayıb.

“Qafqazinfo”nun “RİA Novosti”yə istinadən məlumatına görə, Putin görüşdə Qarabağla bağlı danışarkən bunları söyləyib:

“Mübahisələr və üzərində işləmək lazım gələn məsələlər var. Lakin prosesin sülh yolu ilə getməsi üçün əlimizdən gələni edəcəyik. Ticari-iqtisadi əlaqələrin, nəqliyyat kommunikasiyalarının inkişafı ilə bağlı artıq müəyyən razılaşmalar var”.

Putin daha sonra əlavə edib: “Düşünürəm ki, hələ də yaranan problemlərə baxmayaraq, hazırda olduğumuz səviyyəyə çatmağımız bizi qane edir”.