Prosineçki AFFA rəhbərliyi ilə görüşəcək

prosinecki-affa-rehberliyi-ile-gorusecek
Oxunma sayı: 802

Azərbaycan millisinin baş məşqçisi Robert Prosineçki Xorvatiya mətbuatına müsahibə verib. “Qafqazinfo” xəbər verir ki, o, Azərbaycan – Şimali İrlandiya oyunundan sonra mətbuat konfransında yaşananlardan və “Bursaspor”a keçidi ilə bağlı danışıb. 

Mütəxəssis əvvəlcə bunları deyib: “Mən “Bursaspor” haqqında danışmaq istəmirəm. Mətbuat konfransında bu barədə sual verildi. Azərbaycanlı jurnalistlər uğursuz məğlubiyyət haqqında danışmaq əvəzinə daha çox “Bursaspor”dan sual verdi. 5-6 dəfə bunu təkrarladılar. Çox qəzəbli idim”.

O, bu gün AFFA rəhbərliyi ilə görüşəcəyini deyib: “Mənim müqaviləm var. Dekabra qədər Azərbaycanda qalmalıyam. Amma rəhbərliklə görüşəcəm. Bundan sonra qərarımı verəcəm”.