Prosineçki Azərbaycan millisində qalacağına işarə etdi

prosinecki-azerbaycan-millisinde-qalacagina-isare-etdi
Oxunma sayı: 787

Azərbaycan milli komandasının baş məşqçisi Robert Prosineçki bu postda fəaliyyətini davam etdirəcəyini təsdiqləyib. 

“Qafqazinfo” xəbər verir ki, 48 yaşlı xorvatiyalı mütəxəssis goal.com-a açıqlamasında növbəti bildirişədək ölkəmizdə qalacağını bildirib.

Prosineçki bu ilin sonunadək AFFA ilə müqaviləsinin olduğunu xatırladıb: “AFFA rəhbərliyi işimdən razıdır. Mən də onlara hörmətlə yanaşıram. Əfsuslar olsun ki, iki gün öncə evdə Şimali İrlandiyaya şanssızcasına yenildik. Yaxşı oynamağımız nəticəni dəyişdirmir. Çox şeyin yazıldığını bilirəm. Amma indi mənimlə bağlı heç bir dəyişiklik yoxdur”. 

Xatırladaq ki, Türkiyə mətbuatı neçə vaxtdır, Prosineçkinin "Bursaspor"un baş məşqçi vəzifəsinə gələcəyini, hətta artıq 2 illik müqaviləyə dair ilkin razılıq əldə etdiyini yazıb.