Prosineçki Azərbaycan - Xorvatiya oyunundan danışdı

prosinecki-azerbaycan-xorvatiya-oyunundan-danisdi
Oxunma sayı: 1408


“Qafqazinfo” goal.az-a istinadən xəbər verir ki, bu sözləri Azərbaycan millisinin baş məşqçisi Robert Prosineçki Xorvatiya mətbuatına açıqlamasında deyib.

Təcrübəli mütəxəssis Azərbaycan millisinin Norveçlə görüşdə (0:0) uduzmamalı olduğunu bildirib: “İyunun 12-siAzərbaycan üçün tarixi bir gün idi. Çünki elə həmin axşam ilk Avropa Oyunlarının açılış mərasimi baş tutdu. Biz səfərdə bir xal qazandıq. Bu nəticə bizim üçün əla hesab oluna bilər”.

Prosineçki “Avro-2016”nın seçmə mərhələsində sentyabrda qarşılaşacaqları Xorvatiya ilə oyuna da toxunub: “Xorvatiya ilə baş tutan ilk oyunda Azərbaycan millisi rəqibinə 0:6 hesabı ilə uduzub. Ancaq bu, komandanın əsl gücünün göstəricisi deyil. Mən Xorvatiyaya qalib gələcəyimizi söyləmirəm. Lakin doğma meydanda onlara çətinlik yarada biləcəyik”.

Azərbaycan - Xorvatiya oyunu sentyabrın 3-də keçiriləcək.