Bu sözləri “Qafqazinfo”ya açıqlamasında Xorvatiya milli komandasının üzvü Marselo Brozoviç deyib.
İtaliyanın “İnter” klubunun yarımmüdafiəçisi Avro-2016-nın seçmə mərhələsi çərçivəsində milli komandasının sentyabrın 3-də Bakıda yığma komandamızla qarşılaşmasından danışıb: “Prosineçkinin gəlişindən sonra rəqib komandada çox şey dəyişib. İlk oyunda 6:0 qalib gəlmişdik. Amma Bakıda bu hesabın olacağını düşünmürəm. Fikrimcə, minimal hesab qeydə alınacaq. Lakin istənilən halda Avropa çempionatına getmək üçün mübarizə aparan favorit komandalardan biri olaraq qalib gəlməyə və 3 xalı əldə etməyə çalışacağıq”.
Brozoviç Prosineçkinin Xorvatiya milisini yaxşı tanımasının onlar üçün problem olacağını bildirib: “Prosineçki Xorvatiya millisini necə lazımdır tanıyır. Hətta o, bizi ən xırda detallara qədər analiz edib. Buna görə də çətin görüş olacaq. Yəqin ki, həmyerlimiz rəqib komandanın baş məşqçisi kimi bizdən 3 xal qoparmağa çalışacaq. Bizim isə üstünlüyümüz təcrübəli olmağımız və heyətimizdə ulduz futbolçularımızın olmasıdır.”
Son xəbərlər
Son Xəbərlər