“Qafqazinfo” xəbər verir ki, yarımmüdafiəçi sabahkı matç haqqında danışıb. O bildirib ki, Bakıda Xorvatiya millisi üçün çətin olacaq: “Osiyekdə Azərbaycan millisinə 6:0 qalib gəlmişdik. Amma bu dəfə hər şey fərqli olacaq. Bizi daha çətin görüş gözləyir. Amma öz komandamıza güvənirəm. Ümid edirəm ki, biz Bakıda qalib gələ biləcəyik.
Azərbaycanla və Norveçlə oyunda 4 xala razı ola bilərik. Amma 6 xal super olar. Rəqib komandanın baş məşqçisi Robert Prosineçki mükəmməl insan və əla məşqçidir. O, bizi çox yaxşı tanıyır. Amma bu onların qalib gələcəyi demək deyil. Son iki oyunda Azərbaycan yığması yaxşı çıxış edib. Biz isə bütün bunlara baxmayaraq qələbə istəyirik”.
Son xəbərlər
Son Xəbərlər