“Prosineçki heç yerə getməyəcək” - Elxan Məmmədov

prosinecki-hec-yere-getmeyecek
Oxunma sayı: 1036

AFFA-nın baş katibi Elxan Məmmədov Robert Prosineçkinin "Bursaspor"a keçəcəyi haqda yayılan xəbərlərə münasibət bildirib.

“Qafqazinfo”ya açıqlama verən federasiya rəsmisi onun müqaviləsinin sonuna qədər millidə qalacağını bildirib:

“Prosineçki özü də bu barədə danışıb. O, heç yerə getməyəcək. Müqaviləsinin sonuna qədər Azərbaycan millisində qalacaq. Başqa variant yoxdur”.