Prosineçki ilk “11-liy”i açıqladı -

prosinecki-ilk-11-liyi-aciqladi-
Oxunma sayı: 713


“Qafqazinfo” xəbər verir ki, bu gün milli komandamızın baş məşqçisi Robert Prosineçki matçın keçiriləcəyi "Bakcell Arena"da jurnalistlərin suallarını cavablandırıb:

- Artıq 10 gündü bir yerdəyik. Bilirik ki, sabah bizi çətin oyun gözləyir, buna hazırıq. Komandamın məşq prosesindən razıyam. Sabah yaxşı nəticə əldə etməyə çalışacağıq. 

- "Qəbələ" və "Qarabağ"ın futbolçuları milliyə yorğun qoşulub. Bu, sizin planlarınıza təsir edəcəkmi?

- Bu, mənim planlarıma heç bir çətinlik yaratmır. Oyunçular peşəkardı. Adıçəkilən komandaların qruplara düşməyinə şadam. Bu, Azərbaycan futbolu üçün vacibdi. Onları qarşıda böyük oyunlar gözləyir.

- Nurlan Novruzov oyun modelinizə uyğun gəlmirdi. Ancaq onu bu dəfə milliyə dəvət etdiniz. Bu nə ilə bağlıdı.

- Mən başa düşə bilmirəm ki, niyə mənə hər oyunqabağı Nurlanla bağlı suallar verilir. Xorvat futbolçularının hansı komandalarda oynadığını bilirsiniz. Mən onu canlı görmək istəyirdim. Onun haqda olan fikirlərim dəyişməyib.

- Start heyətini açıqlaya bilərsiniz?

- Əfran İsmayılovun sabahkı oyunda iştirak edib-etməyəcəyi hələ bilinmir. Əzələsini dartıb. Qarşıdakı saatlarda bilinəcək. Start heyəti isə belədi: Kamran Ağayev, Rəşad Sadıqov, Bədavi Hüseynov,  Məhəmməd Mirzəbəyov, Qara Qarayev, Rahid Əmirquliyev, Dmitri Nazarov, Ruslan Qurbanov, Məhəmməd Qurbanov. Əfranın vəziyyəti isə dediyim kimi sabah bilinəcək.

-Dünən start heyətində klublarında meydana çıxacaq futbolçuların oynayacağını demişdiz. Amma İlqar Qurbanovu milliyə dəvət etməmisiniz. Əvəzində klubunda ehtiyatda qalan Məhəmməd Mirzəbəyov start heyətində meydanda çıxacaq. Bunun səbəbi nədi?

- Maksim zədəlidi, onun yerinə İlqarın oynadığını bilirik. Amma daha əvvəl İlqar oynamayıb. Mən oyunları izləyirəm. Məhəmmədin daimi oynamamağı ilə razıyam. Məncə, o, çox sürətli olduğuna görə öz mövqeyində İvan Perişiçə qarşı daha yaxşı oynayacaq. 

- Səhhətinizdə problemlər var?

- Mən sağlamam, heç bir problemim yoxdu. 

- Osiyekdəki oyunu yəqin ki, izləyisiniz. Həmin qarşılaşmadan nə nəticə çıxarmısınız?

- O vaxtdan bəri bəzi dəyişikliklər olub. Futbolçularda özünə inam artıb. Bəli, rəqib çox güclüdü amma mənim futbolçularım onlardan qorxmur. Osiyekdə çox səhv etmişik. Oyun tərzində də dəyişikliklər var.

Elsevər

“Qafqazinfo”