Prosineçki millidən gedir - “Bursaspor”la razılaşdı

prosinecki-milliden-gedir
Oxunma sayı: 1168

Milli komandamızın baş məşqçisi Robert Prosineçki Türkiyənin “Bursaspor” klubu ilə razılaşıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Ajansspor” özəl məlumat yayıb.

Məlumata görə, bu gün Prosineçki meneceri Yaşar Çalışırlar birlikdə AFFA rəsmiləri ilə görüşüb. Xorvatiyalı mütəxəssis “Bursaspor”a getmək istədiyini bildirib.

İyunun 13-də Prosineçkidən Azərbaycan milli komandası ilə müqaviləsinə son veriləcəyi bildirilir.

Sayt yazıb ki, “Bursaspor” Prosineçki ilə 2 illik razılığa gəlib.

Fərid Ədalət