“Qafqazinfo” qol.az-a istinadən xəbər verir ki, o, bu gün keçirdiyi mətbuat konfransında o deyib ki, Ruslan çox yaxşı futbolçudur: “İnanıram ki, o,”Hayduk”da əsas heyətə düşəcək”.
R.Prosineçki Ruslanın “Neftçi”də əsas heyətdə oynadılmamasına da münasibət bildirib.
“Mən başa düşə bilmirəm, Ruslan niyə “Neftçi”də əsas heyətdə oynamırdı? Bununla həmkarlarımı tənqid etmək istəmirəm. “Neftçi”nin bir çox oyunlarını izləmişəm. Azərbaycan futbolundakı problem odur ki, futbolçular açılıb komanda yoldaşından top istəmir. Ancaq topla olan futbolçu oynayır. Futbolçu dərk etməlidir ki, lazimi mövqeyə çıxıb top istəmək lazımdır. Bu cəhətdən Ruslan çox yaxşı futbolçudur” – deyə prosineçki bildirib.
Son xəbərlər
Son Xəbərlər