Prosineçki “Valensiya” ilə adının hallanmasına münasibət bildirdi

prosinecki-valensiya-ile-adinin-hallanmasina-munasibet-bildirdi
Oxunma sayı: 687

Azərbaycan yığmasının baş məşqçisi Robert Prosineçki adının İspaniyanın “Valensiya” klubu ilə hallanmasına münasibət bildirib.

“Qafqazinfo” xəbər verir ki, 48 yaşlı məşqçi Serbiya mətbuatına açıqlamasında yayılan xəbərləri şaiyə adlandırıb. 
 
“Valensiya” klubundan təklif almamışam və onlar mənimlə əlaqə saxlamayıblar. Heç bir komanda ilə danışıq aparmıram”.
 
Qeyd edək ki, İspaniya və Almaniya mətbuatı Prosineçkinin “yarasalar”ın “sükanı arxası”na keçəcəyini bildirmişdi. Xorvatiyalı çalışdırıcının agenti Yaşar Çalışır açıqlamasında “Valensiya” klubunun rəhbərliyi ilə görüşdüyünü söyləmişdi.