Prosineçki və Şehiç “Qarabağ”ın düşərgəsində - Foto

prosinecki-ve-sehic-qarabagin-dusergesinde
Oxunma sayı: 1572

Millimizin sabiq baş məşqçisi Robert Prosineçki ötən gün “Qarabağ”ın qonağı olub.

"Qafqazinfo" xəbər verir ki, Bosniya və Hersoqavina millisini çalışdıran xorvatiyalı mütəxəssis yığmanın qapıçısı İbrahim Şehiçlə birgə Avstriyada təlim-məşq toplanışında olan “Qarabağ”ı ziyarət edib.

Baş məşqçi Qurban Qurbanov, kapitan Rəşad Sadıqov və digər futbolçularla çay masası arxasında səmimi görüş keçirib.