Bu gün Fransada futbol üzrə Avropa Çempionatı start götürəcək. “Qafqazinfo” xəbər verir ki, 24 komandanın iştirak edəcəyi turnirdə sürpriz qonaqlar da var.
Albaniya, İslandiya kimi komandaların qitə birinciliyində çıxışı maraqla gözlənilir. Bu komandaları final mərhələsinə daşıyan məşqçilər də adlarından söz etdirə biliblər.
Bəs, gözlənilməz komandalarla bu uğura imza atan məşqçilərin qazancı nə qədərdir?
24 məşqçidən 18-i Azərbaycan yığmasının baş məşqçisi Robert Prosineçkidən daha az qazanır. Prosineçki millimizi çalışdırdığı üçün 1 illik 1,2 milyon avro məvacib alır.
Onları sizlərə təqdim edirik:
1. Roy Hocson (İngiltərə, 3,5 milyon funt)
2. Antonio konte (İtaliya, 3,15 milyon)
3. Fatih Terim (Türkiyə, 2,8 milyon)
4. Yoahim Löv (Almaniya, 2,15 milyon)
5. Visente del Boske (İspaniya, 2 milyon)
6. Didye Deşam (Fransa, 1,3 milyon)
7. Marsel Koller (Avstriya, 1,15 milyon)
8. Martin Onil (İrlandiya, 1 milyon)
9. Fernandu Santuş (Portuqaliya, 962 min)
10. Bernd Ştork (Macarıstan, 770 min)
11. Vladimir Petkoviç (İsveçrə, 575 min)
12. Mark Vilmost (Belçika, 550 min)
13. Lars Laqarbek (İslandiya, 346 min)
14. Maykl Onil (Şimali İrlandiya, 250 min)
15. Kris Koulmen (Uels, 200 min)
16. Adam Navalka (Polşa, 200 min)
17. Ante Caçiç (Xorvatiya, 192 min)
18. Pavel Vrba (Çexiya, 175 min)
19. Erik Xamren (İsveç, 154 min)
20. Canni De Byazi (Albaniya, 154 min)
21. Yan Kozak (Slovakiya, 138 min)
22. Mixail Fomenko (Ukrayna, 104 min)
23. Angel Yordanesku (Rumıniya, 92 min)
24. Leonid Slutski (Rusiya, ancaq bonuslar
Son xəbərlər
Son Xəbərlər