Prosineçkidən “Bursaspor” açıqlaması - “Yeni deyil”

prosineckiden-bursaspor-aciqlamasi
Oxunma sayı: 747

Azərbaycan millisinin baş məşqçisi Robert Prosineçki Xorvatiya mətbuatına açıqlama verib. “Qafqazinfo” xəbər verir ki, o, Türkiyənin "Bursaspor" klubuna gedəcəyi ilə bağlı yayılan iddiaları cavablandırıb. 

Prosineçki fikrinin Şimali İrlandiya ilə matçda olduğunu bildirib: "Hər şey ortadadır. Bu xəbərlər yeni deyil. Artıq uzun müddətdir ki, bu barədə danışılır. Mən isə milli komandanın başındayam. Şimali İrlandiya ilə matçı düşünürəm. İlin sonunadək müqaviləm var. Azərbaycan yığması ilə seçmə mərhələyə yaxşı başlamışıq. Mən bura gələndə komanda reytinqdə 132-ci yerdə idi. Hazırda biz 76-cı pillədəyik. Qrupda ikinci olmaq istəyirik. Bütün fikrimi buna yönəltmişəm".

Ancaq xorvatiyalı həmkarlarımız baş məşqçinin gələcək taleyinin məhz Şimali İrlandiyaya qarşı oyundan asılı olduğunu iddia edirlər. Onların fikrincə, sabahkı matçda millimiz məğlub olsa, AFFA mütəxəssislə qarşılıqlı şəkildə müqaviləyə xitam verəcək. Qalib gələcəyimiz təqdirdə isə millimizin "sükan"ı hələ uzun müddət Prosineçkinin əlində olacaq.