İspaniyanın “Kordoba” klubunun formasını geyinən millimizin üzvü Eddi İsrafilov yerli mətbuata açıqlama verib.
“Qafqazinfo” xəbər verir ki, komandasının qarşıdakı oyunlarından danışan milliləşən futbolçu martın 21-27-də Antalyada təlim-məşq toplanışına qatıla billməməsindən və klubundakı çıxışndan danışıb.
O, klubunun heyətində daim oynamalı olduğunu bildirib: “Mən klubumun heyətində daim oynamalıyam. Çünki kifayət qədər təcrübəm yoxdur. Mən həmişə Robert Prosineçkidən zəng gözləyirəm. Məni milliyə dəvət etmişdilər. Amma “Kordoba”nın “Alaves”ə qarşı çətin duelini nəzərə alıb burda qaldım. Klubum da bunu istəyirdi. Amma yığmada hər zaman çıxış etməyə hazıram. Ümid edirəm ki, beynəlxalq oyunlarda Azərbaycan millisinin heyətində çıxış edəcəm”.
İsrafilov klubunun La-Liqaya çıxmaq şanslarını yüksək dəyərləndirib: “Şanslarımız yüksəkdir. Bunun üçün uğurlu çıxışımızı davam etdirməliyik və mən buna inanıram”.
Son xəbərlər
Son Xəbərlər