Prosineçkini apara bilmədilər, həmyerlisi Ozobiçi istəyirlər

prosineckini-apara-bilmediler-hemyerlisi-ozobici-isteyirler
Oxunma sayı: 1528

Millimizin baş məşqçisi Robert Prosineçki ilə danışıqları müsbət tamamlamayan "Bursaspor" daha bir xorvatiyalını hədəfə alıb.

Qafqazinfo” xəbər verir ki, "timsahlar" Azərbaycandan əliboş qayıtmaq istəmir. Türkiyə mətbuatının yaydığı məlumata görə, klub rəhbərliyi "Qəbələ"dən Filip Ozobiçi heyətinə qatmaq istəyir.

Transferin baş tutması üçün qardaş ölkə klubunun "qırmızı-qaralar"a müraciət edəcəyi iddia olunur.