Prosineçkinin ilk sınağı

prosineckinin-ilk-sinagi-
Oxunma sayı: 2860


“Qafqazinfo” Trend-ə istinadən xəbər verir ki, komandamız bu il ilk matçında Ukraynanın “Şaxtyor” klubu ilə qarşılaşıb.

Hesabı ukraynalılar açıb: 37-ci dəqiqədə Duqlas Koşta fərqlənib. 6 dəqiqə sonra millimizin futbolçusu Namiq Ələsgərov hesabı bərabərləşdirib. Lakin 66-cı dəqiqədə İsmailinin vurduğu qol donetskli futbolçulara qələbə gətirib - 1:2.

Qeyd edək ki, bu, komandamızın baş məşqçisi Robert Prosineçkinin millimizdə ilk oyunu idi.