Prosineçkinin səhhətində problem yarandı

prosineckinin-sehhetinde-problem-yarandi
Oxunma sayı: 1198


“Qafqazinfo” xəbər verir ki, bu barədə apasport.az-a AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin sədri Mikayıl Nərimanoğlu bildirib. 

Belə ki, yığmanın təlim-məşq toplanışından sonra Türkiyədə qalan Prosineçki bu gün millimizin üzvü Mahir Şükürovun şərəfini qoruduğu “Karşıyaka”nın XXII tur çərçivəsində “Orduspor”la oyununu canlı izləməyi planlaşdırsa da, bu, baş tutmayacaq. Nərimanoğlunun sözlərinə görə, xorvatiyalı mütəxəssis səhhətində problem yaranıb və bu səbəbdən stadiona yollana bilməyəcək. 

Qeyd edək ki, Prosineçki 1 gün öncə “Boluspor” - “Bucaspor” görüşünü də izləyib. Həmin matçda Bolu təmsilçisinin formasını geyinən Vaqif Cavadov cəmi 6 dəqiqə meydanda olub.