Prosineçkiyə daha bir elçi - “Sevilya” istəyir

prosineckiye-daha-bir-elci
Oxunma sayı: 726

Azərbaycan milli komandasının baş məşqçisi Robert Prosineçkini baş məşqçi postuna gətirmək istəyən klubların siyahısına daha biri əlavə olunub. “Qafqazinfo” “Fanatik”ə istinadən xəbər verir ki, bu İspaniyanın “Sevilya” klubudur.

Xorxe Sampaolinin Argentina millisi ilə razılaşmasından sonra Əndəlusiya təmsilçisi xorvat çalışdırıcı üçün mübarizəyə girişib.

Qeyd edək ki, Türkiyənin “Bursaspor” və İspaniyanın “Valensiya” klubları da Prosineçki ilə maraqlanır.