Heydər Əliyev prospektində ağır yol-nəqliyyat hadisəsi baş verib.
"Qafqazinfo" AzNews.az-a istinadən xəbər verir ki, bir neçə dəqiqə əvvəl baş verən qəzada 5-6 avtomobil toqquşub. Hadisə nəticəsində prospektin Heydər Əliyev adına Hava Limanı istiqamətində maşınları hərəkəti iflic olub.
Qəzada bir neçə nəfərin ağır xəsarət aldığı bildirilir.
***
"Qafqazinfo" APA-ya istinadən bildirir ki, hadisə paytaxtın Heydər Əliyev prospektində, Şəfa stadionunun qarşısında qeydə alınıb. Qəza zamanı Kazımov Rəşad Rauf oğlunun idarə etdiyi "Toyota" markalı maşın, Əliyev Vüsal Mehman oğlunun idarə etdiyi "Ford Transit" markalı yük maşınına və Əliyev Xəqani Mehman oğlunun idarə etdiyi "VAZ 2107"ə çırpılıb. Hadisə nəticəsində xəsarət alan olmasa da hər üç maşına ciddi ziyan dəyib.
Əliyev qardaşlarının bildirdiyinə görə, onlar avtomobillərini prospektin köməkçi hissəsinə saxlayaraq qarşıdakı yanacaqdoldurma məntəqəsində sarı gediblər. Qayıdanda da görüblər ki, qəza olub. Hadisə yerinə Dövlət Yol Polisinin əməkdaşları cəlb olunub. İlkin ehtimala görə, qəzaya "Toyota" markalı avtomobilin sürücüsünün manevr qaydalarını pozması səbəb olub. Qəzadan sonra yolda tıxac yarandığından hadisə yerinə əlavə polis qüvvəsi cəlb olunub. Yararsız hala düşən maşınlar hadisə yerindən uzaqlaşdırıldıqdan sonra yolda nəqliyyatın hərəkəti normala qayıdıb.
Qəzanın əsl səbəbi aparılacaq avtotexniki ekspertizadan sonra müəyyən olunacaq. Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.
Son xəbərlər
Son Xəbərlər