Prospektdə hərəkət məhdudlaşdırılır

prospektde-hereket-mehdudlasdirilir
Oxunma sayı: 871


“Qafqazinfo” “Azəryolservis” ASC-nin saytına istinadən xəbər verir ki, bu üzdən həmin ərazidə nəqliyyat vasitələrinin hərəkəti hissə-hissə qismən məhdudlaşdırılır.
Aparılan təmir işləri çərçivəsində sözügedən ərazidə köhnə asfalt-beton örtüyünün üst qatı qaşınaraq, yenisi ilə əvəz olunacaq. 

Ümumilikdə 13 min kvadrat metr sahəyə yeni asfalt-beton örtüyünün döşənməsi planlaşdırılır. Artıq  yol boyu 1400 paqon-metr səki daşı dəyişdirilib. Bundan başqa kommunikasiya xətlərinin dəmir-beton plitələri qaldırılaraq, baxış qapaqları yenilənəcək, səth suların normal axıdılması üçün zəruri olan ərazilərdə yağış-kanalizasiya sistemi qurulacaq, yağış barmaqlıqları yenilənəcək.

Nobel qardaşları prospektinin “Ağ şəhər”in  qarşısından Afiyəddin Cəlilov küçəsinədək olan təqribən 700 metrlik hissəsində aparılan təmir-tikinti işlərinin qısa müddət ərzində yekunlaşdırılması  planlaşdırılır. Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC  yaranmış müvəqqəti  narahatçılığa görə üzr istəyir və sürücülərdən imkan daxilində alternativ yollardan istifadə etməkləri tövsiyyə olunur.