Nərimanov rayonunun Z.Bünyadov prospektində yol-nəqliyyat hadisəsi baş verib.
“Qafqazinfo” xəbər verir ki, hadisə iyulun 8-də saat 17 radələrində qeydə alınıb.
Bakı şəhər sakini E.Əmrəliyev idarə etdiyi “Toyota” markalı avtomobillə yolu keçən həmyerlisi Püstə Cəfərovanı vurub. Nəticədə piyada xəstəxanaya aparılarkən yolda ölüb.
Nərimanov RPİ tərəfindən araşdırma aparılır.
Son xəbərlər
Son Xəbərlər