Prospektdə qəza sıxlığa səbəb oldu

prospektde-qeza-sixliga-sebeb-oldu
Oxunma sayı: 2155

Bakının Qara Qarayev prospektinin Dakar dairəsi yaxınlığında (metronun “Qara Qarayev” stansiyası istiqamətində) yol-nəqliyyat hadisəsi baş verib. 

"Qafqazinfo" xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyi məlumat yayıb. 

Bildirilib ki, hazırda hadisə baş verən yerədək sıxlıq müşahidə olunur. Yaranmış sıxlıq həmin istiqamətdə ekspres və müntəzəm xətlər üzrə avtobusların hərəkət intervalında gecikmələrə səbəb olub.