Bakıda Dövlət Neft Şirkətinin (SOCAR) qarşısında tuneldə baş verən qəza böyük tıxaca səbəb olub.
"Qafqazinfo"nun verdiyi xəbərə görə, Bakı Nəqliyyat Agentliyinin sözcüsü Mais Ağayev bildirib ki, hazırda Heydər Əliyev prospekti (şəhər istiqamətində) köməkçi yolda tunelə girişdə tıxac müşahidə olunur.
Bu səbəbdən də həmin istiqamətdə hərəkət edən müntəzəm və ekspres xətlər üzrə xeyli sayda avtobus tıxacda qalıb. Həmin istiqamətdə hərəkət edən avtobusların intervalında gecikmələr yaranıb.


Son xəbərlər
Son Xəbərlər