Prospektdə qəza tıxaca səbəb oldu - Foto

prospektde-qeza-tixaca-sebeb-oldu
Oxunma sayı: 761

Bir qədər əvvəl Heydər Əliyev prospektində, Bağırov körpüsünün tunelində yol nəqliyyat hadisəsi baş verib. 

"Qafqazinfo" xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyinin (BNA) İctimaiyyətlə əlaqələr şöbəsinin sektor müdiri Mais Ağayev feysbuk hesabında yazıb. 

Qəza ilə əlaqədar yolda tıxac yaranıb. Həmçinin o istiqamətdə sürət həddi də aşağı salınıb.