Prospektdə vurulan piyada öldü

prospektde-vurulan-piyada-oldu
Oxunma sayı: 1607

Paytaxtın Nizami rayonunun H.Əliyev prospektində yol-nəqliyyat hadisəsi baş verib.

“Qafqazinfo” xəbər verir ki, qəza martın 1-də saat 5 radələrində qeydə alınıb. 

Bakı şəhər sakini H.Əlizadə idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən Abşeron rayon sakini Y.Manafovu vurub. Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Nizami RPİ tərəfindən araşdırma aparılır.