Prospektdə yolu keçən piyadanı maşın vurub öldürdü

prospektde-yolu-kecen-piyadani-masin-vurub-oldurdu
Oxunma sayı: 2325

Sumqayıt şəhərində piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.

“Qafqazinfo” xəbər verir ki, dünən saat 00:50 radələrində 1975-ci il təvəllüdlü Babək Həsənov idarə etdiyi “Toyota Prius” markalı avtomobillə Azərbaycan prospektində hərəkətdə olarkən yolu keçən 1992-ci il təvəllüdlü Ələkbərov Orxan Azər oğlunu vurub. Ağır xəsarət alan 31 yaşlı şəxs Sumqayıt şəhər Təcili tibbi yardım xəstəxanasında ölüb.

Faktla bağlı Sumqayıt Şəhər Polis İdarəsində cinayət işi başlanıb, araşdırma aparılır.