Prospektdə yolu keçmək istədi, həyatını itirdi

prospektde-yolu-kecmek-istedi-heyatini-itirdi
Oxunma sayı: 2762

Xəzər rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Qafqazinfo” xəbər verir ki, hadisə Zaqulba prospektində qeydə alınıb.

2004-cü il təvəllüdlü Hüseynov Cafar Faiq oğlu “Hyundai İX 35” markalı avtomobillə yolun piyada keçidi olmayan hissəsindən keçən 1964-cü il təvəllüdlü Şahsənəm Cabarovanı vurub.

Piyada hadisə yerində ölüb. 

Faktla bağlı cinayət işi başlanılıb.