Protaseviç özünü təqsirli bildi

protasevic-ozunu-teqsirli-bildi
Oxunma sayı: 2451

Minsk hava limanında saxlanılan, NEXTA teleqram-kanalının qurucusu Roman Protaseviç ictimai asayişi pozan hərəkətlərin təşkilində və hazırlanmasında günahkar olduğunu etiraf edib.

“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, Protaseviç ONT telekanalında müsahibəsində bunları deyib:

“Mən Belarus Respublikasının Cinayət Məcəlləsinin 342-ci maddəsi ilə (icazəsiz aksiyaların təşkili) özümü təqsirli bilirəm. Yazdığım müraciətlər küçələrdəki iğtişaşlara səbəb oldu və Minsk üç gün xaos şəraitində yaşadı. Hər zaman dərk edirdim ki, gec-tez bu fəaliyyətimə görə məsuliyyətə cəlb olunacam. Mənim NEXTA-dan başqa digər teleqram kanalları ilə heç bir əlaqəm yoxdur”.