Psixoloqa getdiyini açıqladı

psixoloqa-getdiyini-aciqladi
Oxunma sayı: 2817

Argentinalı futbolçu Lionel Messi Kataloniya “Barselona”sında oynadığı zaman psixoloqa müraciət etdiyini açıqlayıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Infobae” nəşri məlumat yayıb.

“Barselona”da olarkən bir müddət psixoloqun qəbuluna getmişdim. Çoxdan olub. Həqiqət budur ki, ona müraciət edəndə bu, mənə fayda verdi, kömək etdi”, - deyə Messi bildirib.

Qeyd edək ki, Messi 2003-2021-ci illərdə “Barselona”da çıxış edib. O, 2023-cü ilin yayında “İnter Mayami”yə keçib. Ötən il avqustun 20-də argentinalı Amerikada ilk kuboku - Liqa Kubokunu qazanıb.