Fransa çempionatında 30-cu tura start verilib.
“Qafqazinfo” xəbər verir ki, turun açılış matçında lider PSJ öz meydanında “Anje”ni qəbul edib.
Paris təmsilçisi 12-ci dəqiqədə Mbappe ilə hesabı açdıqdan 4 dəqiqə sonra azlıqda qalıb. Tyaqo Motta komandasını azlıqda qoyub. Lakin, Mbappe 25-ci dəqiqədə daha bir qol vurmağı bacarıb.
75-ci dəqiqədə Ekambi hesab arasındakı fərqi 1-ə endirsə də, “Anje”nin bundan artığına gücü çatmayıb.
Beləliklə, PSJ 2-1 hesabı ilə qalib gəlib.
Son xəbərlər
Son Xəbərlər