PSJ 215 milyon itirə bilər

psj-215-milyon-itire-biler
Oxunma sayı: 950

Fransanın PSJ klubu koronavirus pandemiyası səbəbindən 215 milyon avro itirə bilər.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Lequipe” nəşri məlumat yayıb.

Xəbərdə, PSJ-nin ilkin itkilərinin yayım gəlirləri və ev oyunlarına bilet satışlarıyla əlaqədar olacağı bildirilib.

Fransa mətbuatının xəbərinə görə, PSJ klubunun ümumi büdcəsi 638 milyon avrodur.