PSJ 40 milyonluq transferə hazırlaşır

psj-40-milyonluq-transfere-hazirlasir
Oxunma sayı: 5645

PSJ “Sportinq”dən müdafiəçi Nuno Mendeşi transfer etməkdə maraqlıdır.

"Qafqazinfo" Fransa mətbuatına istinadən xəbər verir ki, 19 yaşlı futbolçu hazırda PSJ-də icarə əsasında çıxış edir.

Paris klubu onun icarəsi üçün Portuqaliya təmsilçisinə 7 milyon avro ödəyib.

PSJ Mendeşin keçidini birdəfəlik həll etmək üçün “Sportinq”ə 40 milyon avro ödəməli olacaq.

Fransa klubu və Mendeş öz aralarında 5 illik müqaviləyə razılaşıb. Müqavilə mövsümün sonunda imzalanacaq.