PSJ 9 qollu qələbə ilə erkən çempion oldu - Video

psj-9-qollu-qelebe-ile-erken-cempion-oldu
Oxunma sayı: 1111

Fransada PSJ çempionluğunu rəsmiləşdirib.

“Qafqazinfo” xəbər verir ki, bu gün 30-cu turda səfərdə “Trua” üzərində 9:0 hesablı qələbə qazanan Paris təmsilçisi çempionluğunu sona 8 tur qalmış rəsmiləşdirib. Bu isə Avropada rekord göstəricidir.

Qeyd edək ki, hazırda 77 xalı olan PSJ ən yaxın izləyicisi, ikinci pillədəki “Monako”nu 25 xal qabaqlayır.

“Trua” – PSJ 0:9

Qollar: Kavani, 14 ,75, Xavyer Pastor, 18, Adrien Rabiot, 19, İbrahimoviç, 46 , 53, 56, 89, Saunier, 59-avtoqol.