PSJ baş məşqçisini göndərdi

psj-bas-mesqcisini-gonderdi
Oxunma sayı: 906

Fransanın PSJ klubu baş məşqçisi Kristofer Qaltye ilə yollarını ayırıb.

“Qafqazinfo” xəbər verir ki, klubun rəsmi saytı 57 yaşlı mütəxəssislə müqavilənin qarşılıqlı razılıq əsasında ləğv edildiyi bildirilir.
 
Ötən ilin yayında klubla iki illik sözləşmə imzalayan fransalı baş məşqçini PSJ-də tanınmış ispaniyalı çalışdırıcı Luis Enrike əvəzləyəcək.