Fransa çempionu PSJ italiyalı qapıçısı Canluici Buffonla vidalaşıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Paris klubunun mətbuat xidməti məlumat yayıb.
41 yaşlı qolkiperlə 1 illik müqavilənin müddəti iyunun 30-da başa çatacaq. Klub rəhbərliyi ona yeni müqavilə təklif etməyib və İtaliya millisinin sabiq qapıçısı azad agentə çevrilib.
Peşəkar karyerasına “Parma”da başlayan, uzun illər “Yuventus”da çıxış edən Buffon, PSJ-yə ötən yay transfer edilmişdi. O, Paris klubunun heyətində 25 oyuna çıxıb, Fransa çempionu, eləcə də Super Kubokun qalibi olub.
Son xəbərlər
Son Xəbərlər