PSJ Çempionlar Liqasının finalında - Video

psj-cempionlar-liqasinin-finalinda
Oxunma sayı: 3192

Futbol üzrə UEFA Çempionlar Liqasında 2019/20 mövsümünün yarımfinal mərhələsinə start verilib.

"Qafqazinfo" xəbər verir ki, Portuqaliyada keçirilən qarşılaşmada PSJ “Leyptsiq”lə üz-üzə gəlib.

Rəqibini 3:0 hesabı ilə darmadağın edən Fransa təmsilçisi adını finala yazdırıb.

Qeyd edək ki, yarımfinalın digər matçında Almaniya nəhəngi “Bavariya” ilə “Olimpik” (Lion, Fransa) üz-üzə gələcək.

UEFA Çempionlar Liqası
Yarımfinal
18 avqust

Leyptsiq (Almaniya) – PSJ (Fransa) 0:3
Qollar: Markinyos, 13. Di Maria, 42. Bernat, 56.