PSJ əzmkar qələbə ilə yarımfinalda - Video

psj-ezmkar-qelebe-ile-yarimfinalda
Oxunma sayı: 2928

Futbol üzrə UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinə start verilib.

“Qafqazinfo” xəbər verir ki, bu mərhələnin matçları Portuqaliyada keçirilir və azarkeşsiz oynanılır. Qarşılaşmalar bir oyundan ibarətdir.

İlk oyun günündə bir qarşılaşma baş tutub. İtaliyanın “Atalanta” klubu Fransa PSJ-si ilə üz-üzə gəlib. Matçın əvvəlində hesabı açan İtaliya klubu son dəqiqələrə qədər hesabda üstün olsa da, Paris təmsilçisi üç dəqiqə ərzində vurduğu iki ardıcıl qol sayəsində əzmkar qələbə qazanıb. Beləcə, ilk yarımfinalçı PSJ olub.

UEFA Çempionlar Liqası
1/4 final
12 avqust

Atalanta (İtaliya) – PSJ (Fransa) 1:2
Qol: Paşaliç, 27 – Markinyos, 90. Çupo-Motinq, 90+3.