PSJ Fransa çempionu elan edildi

psj-fransa-cempionu-elan-edildi
Oxunma sayı: 1730

Davam etdirilməməsi qərar verilən Fransa 1-ci liqasında çempion müəyyənləşib.

 “Qafqazinfo” “L’Équipe” nəşrinə istinadla xəbər verir ki, turnir cədvəlindəki son mövqeylər dəyişdirilməyəcək.
 
Çempionatın qalibi PSJ elan edilib. 2-ci pillədə qərarlaşan “Marsel” və 3-cü yerdəki “Renn” Çempionlar Liqasına, 4-cü olan “Lill” isə Avropa Liqasına vəsiqə qazanıb.
 
2-ci liqaya düşən və 1-ci liqaya qalxan klubların adları açıqlanmayıb.
 
Fransanın baş naziri Eduard Filipp ölkədə idman yarışlarının davam etdirilməyəcəyini açıqlamışdı.