PSJ-li futbolçu “Barselona”ya məğlubiyyətə görə etiraz edən azarkeşi maşınla vurdu - Video

psj-li-futbolcu-barselonaya-meglubiyyete-gore-etiraz-eden-azarkesi-masinla-vurdu
Oxunma sayı: 2091

UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab oyunu çərçivəsində “Barselona”ya məğlub olan (6:1) PSJ Fransaya qayıdıb. 

Qafqazinfo” xəbər verir ki, Paris təmsilçisini hava limanında azarkeşlər qarşılayıblar. Böyükhesablı məğlubiyyəti həzm edə bilməyən fanatlar komanda üzvlərinin üzərinə hücum ediblər.

Bir qrup azarkeş isə Tyaqo Mottanın avtomobilinin qarşısını kəsib. Lakin futbolçunu avtomobilini azarkeşlərin üzərinə sürüb, hətta onlardan birini vurub.

Qeyd edək ki, ilk oyunda PSJ 4:0 hesablı qazansa da, ötən gecəki məğlubiyyətdən onra mərhələ adlaya bilməyib.